Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Newscenter.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi davamlı inkişafı və tarixi uğurlar qazanması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərən Ulu Öndər yeni və müasir Azərbaycan reallığını yaratmışdır.

Bu gün Azərbaycan dövləti Ümummilli Liderin siyasi varisi olan Prezident, Müzəffər Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və qalib ölkə kimi tərəqqi və Zəfər yolunda inamla irəliləyir, parlaq nailiyyətlərə imza ataraq yeni zirvələr fəth edir.

R.Mehdiyeva
Xəbəri paylaş