Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

23971 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib

23971 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib


"15 iyul 2016-cı il xain çevriliş cəhdindən bu günə qədər 23 min 971 nəfər FETÖ ilə əlaqəsi olduğu üçün Türkiyə Silahlı Qüvvələrindən xaric edilib".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler məlumat verib. Nazir bildirib ki, FETÖ ilə mübarizəmiz amansız şəkildə davam edir və bundan sonra da qətiyyətlə davam edəcək.

Yaşar Güler fevralın 6-da mərkəzi Kahramanmaraşda olan zəlzələlərin yaralarının sağalması üçün Milli Müdafiə Nazirliyinin bütün imkanlarını səfərbər etdiyini də vurğulayıb. O, bölgədə həyatın normallaşması üçün səylərin davam etdiyini bildirib.

Anar Əliyev
Xəbəri paylaş