Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib

Deputat Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib


12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 13-də Binəqədi  rayonunun Xocəsən bələdiyyəsinin inzibatı binasında  qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib.

Newscenter-az xəbər verir ki, qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına,  157 nömrəli avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər, günorta və axşam vaxtlarında  marşruta  əlavə avtobusların buraxılmasına, qəzalı vəziyyətdə olduğuna görə 328 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsinə, qəsəbədə kanalizasiya şəbəkəsinin  yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, müharibə veteranı adının verilməsinə, əhali arasında hüquqi təbliğatın gücləndirilməsinə, qeyri-hökumət təşkilatının qeydiyyata alınmasına, işə qəbul olunmalarına, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
 
    
Qəbul zamanı vətəndaşların səsləndirdiyi təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb,  nəzarətə götürülərək onların həlli məqsədilə müvafiq qurumlara göndərilib.
    
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.   
     
Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova da iştirak ediblər.

S.İsmayılbəyli.
 
Xəbəri paylaş