Bu günlərdə Astara rayonu Kakalos kəndində yaşayan azyaşlının nişanlanması barədə yayılan xəbər yenidən cəmiyyətdə əsas diqqəti erkən nigah və onun yaratdığı problemlərə yönəldib.
Newscenter.az-ın xəbərinə görə, məsələyə diqqət yetirən Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova deyib ki, Astara rayonu Kakalos kəndində yaşayan azyaşlının nişanlanması barədə yayılan xəbər hamımızı narahat etməlidir. Onun sözlərinə görə, ən yaxşı və asan yol məktəbə gəlməyən qız uşaqları barədə tədbirlər görülməli, aidiyyatı üzrə məlumat verilməlidir:
"Əks halda rayonlarda, kəndlərdə bu kimi hallar tez-tez baş verəcək".
İctimai Birlik sədri, "Bu işə ciddi yanaşılmazsa, müəllimlərin, direktorun, ərazidə olan icra nümayəndəsinin, təhsil sektorunun məsuliyyəti böyükdür!",-deyə vurğulayıb.
Anar Əliyev