Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada ağır yol qəzası, 23 müəllim yaralanıb

Rusiyada ağır yol qəzası, 23 müəllim yaralanıb


Rusiyada baş verən ağır yol qəzası nəticəsində 23 müəllim müxtəlif dərəcəli xəsarətlər alıb.

Newscenter.az "İsvestiya"ya istinadən bildirir ki, hadisə Vladimir vilayətində baş verib. Məlumata görə, qarlı hava və yolların buzlu olması səbəbindən sərnişin avtobusu idarəetmədən çıxaraq yük maşınına çırpılıb.

Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev Telegram kanalında bildirib ki, yaralanan müəllimlər dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan iksinin vəziyyətinin ağır, yeddi nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş