Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara sülhə nail ola biləcəkmi?

Ankara sülhə nail ola biləcəkmi?


Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsinin həlli məsələsi ola bilər. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun Kreml rəhbərinin gözlənilən Türkiyə səfərinə münasibətində yer alıb.

Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərindən bir müddət sonra Kreml rəhbərinin Ankaraya səfər etməsi barədə yayılan xəbərlər üfüqdə sülh prosesi müzakirəsinin olduğunu deməyə əsas verir:

“Sözügedən münaqişə başlayandan Türkiyə problemin sülh yolu ilə həllinə nail olmaq üçün ciddi cəhdlər edib. Məhz Taxıl sazişi də Ankaranın vasitəçiliyi ilə reallaşıb. Ümid etmək olar ki, Putinin Ankara səfəri zamanı Rusiya-Ukrayna danışıqlarının bərpası barədə razılıq əldə ediləcək”.

Analitik Qrupdan o da bildirilib ki, öz növbəsində Qərb, Birləşmiş Ştatlar Rusiya-Ukrayna probleminin sülh yolu ilə həllinə mane olmaq üçün əllərindən gələni edəcəklər.

Mehman Mehdiyev
Xəbəri paylaş