Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yerləşdiyi yer strateji baxımdan vacibdir

Azərbaycanın yerləşdiyi yer strateji baxımdan vacibdir


Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatsa da. səfərlə bağlı müxtəlif fikilər hələ də səslənməkdədir. Newscenter.az-ın xəbərinə görə, Tokayevin Azərbaycana dövlət səfərinə diqqət çəkən politoloq Pərviz Əliyev deyib ki, Tokayevin səfərindən sonra bu dəfə Kompartiyanın Şanxay Klanına bağlı özəl nümayəndəsi Vu Honqbo səfər edərək İlham Əliyevlə görüş keçirib. Onun sözlərinə görə, sonuncu dəfə yoldaş Vu prezident Əliyevlə təxminən bir il əvvəl görüşmüşdü:

"Ötən il İlham Əliyevlə görüşündə Vu Honqbo Çinin Bakıya ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi. Ölkələr arasında bir çox sahələrdə, o cümlədən Azərbaycanın mühüm halqa rolunu oynadığı Kəmər və Yol çərçivəsində əməkdaşlıq da vurğulanıb. Qeyd edim ki, İlham Əliyevlə görüş Çinin Sian şəhərindəki Qazaxıstan terminalından qida qatarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Bakıya gəlməsi fonunda baş tutub".

Pərviz Əliyev deyib ki, Azərbaycanla Çin əməkdaşlıqla bağlı o cümlədən infrastruktur, nəqliyyat və s. digər sahələrdə əməkdaşlığı yüksək templə davam etdirir. Çünki Azərbaycanın yerləşdiyi yer strateji baxımdan vacibdir.

Xəbəri paylaş