Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Demokratiya" deyib bar-bar bağıran bu dövlətin demokratiyadan xəbəri yoxdur

"Demokratiya" deyib bar-bar bağıran bu dövlətin demokratiyadan xəbəri yoxdur


Fransa Futbol Federasiyasının bu günlərdə qəbul etdiyi qərar təkcə bu ölkədə deyil, eləcə də əksər ölkələrdə etirazla qarşılanıb. Futbol qarşılaşması zamanı oruc tutan futbolçulara iftar açmaları üçün Federasiyanın zaman tanımaması ciddi şəkildə tənqid olunub.

Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Jalə Əhmədova da bu qərarı sərt tənqid edib. Millət vəkili bildirib ki, Fransa Futbol Federasiyasının Liqa 1-də oynayan oruc tutmuş futbolçularla bağlı verdiyi qərarı qətiyyətlə pisləyir və bu addımı qınayır:

"Federasiyanın oruc tutan futbolçular üçün oyun ərzində vaxt ayırmayacağı tamamilə qəbuledilməzdir. Deməli "demokratiya" deyib bar-bar bağıran bu dövlətin demokratiyadan xəbəri yoxdur. Bu həm Fransa dövlətinin islamofobiyanın əsirinə çevrildiyinin göstəricisi, həm də insan hüquqlarının və azadlıqlarının pozulması deməkdir".

Süleyman
Xəbəri paylaş