“Ermənistan işğal altında saxladığı Azərbaycan kəndlərini azad etməkdə maraqlı görünmür. Ona görə də yenidən Ermənistanı cəzalandırmaq zərurətə çevrilir”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada bildirilib ki, Ermənistan baş naziri Nikol Paşinyan, eləcə də digər erməni rəsmilərinin açıqlamaları belə deməyə əsas verir:
“İrəvanın bu mövqeyi istər-istəməz sülh danışıqlarına da əngəl olur. Ümumən, Ermənistan tərəfi bütün mümkün vasitələrdən, variantlardan istifadə edir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi alınmasın. Paralel olaraq İrəvan bununla vaxt udsun”.
Mehman Mehdiyev