"Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin baş tutacağı ilə bağlı artıq xəbərlər yayılıb. Ukrayna prezidenti Volodimir Zelinskinin Türkiyəyə səfərinin ardınca Rusiya prezidenti Putinin səfəri, onu deməyə əsas verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu iki ölkə ilə bağlı və müharibənin durdurulmasına yonəlik hansısa xüsusi proqramı var və bu yöndə proseslər gedir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bunun nə qədər effektli olacağı və yaxud da baş tutacağı ilə bağlı öncədən fikir bildirmək çətindir:
"Bu proseslərin gedişatına daha çox bağlı məsələdir və əsas tərəfləri üz-üzə gətirmək və eyni masa arxasına oturtmaq təşəbbüsü effektli olsun. Bundan sonrakı proseslər və addımlar nə olursa olsun, ən azından sülh danışıqları prosesinə aparan yola yönəlik durum hərəkətə gətirilə bilər və bunun da nəticəsində müsbət nəticələrin əldə edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmək mümkündür".
Anar Əliyev