"Beynəlxalq proseslərin nəqliyyat dəhlizləri üzərində cərəyan etdiyi bir dövrdə Orta dəhliz layihəsinin iki önəmli ölkəsi olan Azərbaycan və Qazaxıstanın dövlət rəhbərlərinin görüşü iki ölkənin gələcək inkişaf perspektivləri baxımından çox vacibdir. İki ölkənin iqtisadi maraqlarının kökündə dayanan tarixi soy kökü birliyi bu məsələlərin maddi tərəfindən çox mənəvi tərəfini önə çıxarır".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Qazaxıstan türk dünyasının aparıcı dövləti olmaqla yanaşı, həm iqtisadi potensialı, həm də coğrafi durumu ilə böyük strateji əhəmiyyət kəsb edir:
"Qazaxıstan Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olub. İkitərəfli münasibətlərin kökündə dövlət rəhbərlərinin ikili münasibəti ilə yanaşı xalqlarımızın da tarixi birliyi dayanıb. Qazax və Azərbaycan xalqı hər zaman bir-birilərini dəstəkləyib, təəssübünü çəkiblər. Bu, onların qardaş xalq olmasından irəli gəlin".
Azər Qasımov deyib ki, Füzulidə Qazaxıstan dövlətinin hesabına inşa edilmiş Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı da bu qardaşlığın tərkib hissəsidir:
"Qazaxıstan Prezidenti Tokayevin Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşünün mühüm nəticələri olacağı şübhəsizdir. Bu görüşlərin tez-tez keçirilməsi
onu göstərir ki, iki ölkə arasında vacib məsələlər mövcuddur və bu məsələlərin həlli tez-tez görüşməyi labüd edir".
Süleyman