İsrail-HƏMAS müharibəsi demək olar ki, Qərbin, Birləşmiş Ştatların Rusiya ilə bağlı planlarını alt-üst etdi. Belə ki, sözügedən müharibə Qərbin, Birləşmiş Ştatıarın Ukraynaya dəstəyini yarımçıq qoydu. Bu isə Ukraynanın Rusiya qarşısında məğlubiyyətini labüd edir. Elə politoloq Yusif Bağırzadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, burada önəmli məqamlardan biri Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır:
"İsrail-HƏMAS qarşıdurması Ağ evi İsrailə istər maddi istərsə də silah və texnika baxımından dəstək vermək məcburiyyətində qoyub. Bu isə istər-istəməz Ukraynaya verilən dəstəyə mənfi təsir göstərir. İsrail müttəfiqləri olan Qərb dövlətləri davam edən müharibə səbəbilə Ukraynaya yetərli dəstək göstərməkdə çətinlik çəkirlər".
Anar Əliyev