Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşadan dünyaya Türk mesajı

Şuşadan dünyaya Türk mesajı


"Azərbaycan və Qazaxıstan ortaq soy-kökə, eyni dil və dinə, mədəni-tarixi irsə malik qardaş ölkələrdir. Hər iki ölkə neçə yüzilliklərin sınağından üzüağ çıxaraq əsil qardaşlıq manifestini dünyaya nümayiş etdirib. Son illərdə Prezident İlham Əliyevin Türk dünyası ilə qardaşlıq əlaqələrini dərinləşdirən müdrik siyasi iradəsi sayəsində Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Qazaxıstanla əlaqələr strateji Zirvəyə daxil olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir:

"Son 2 ildə Azərbaycan və Qazaxıstan Prezidentlərinin qarşılıqlı səfərlərinin davamlı xarakter daşıması əməkdaşlığın çoxşaxəli siyasi gündəliyini gücləndirməkdədir. Prezident Kasım-Jomart Tokayevin cəsarətli və qətiyyətli siyasi addımları Azərbaycan və Qazaxıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da birliyini möhkəmləndirir və Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə Azərbaycana ən yüksək dəstəyini göstərməkdədir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bu təşəbbüskarlığın ən yaxşı nümunəsi hesab edilə bilər.

Prezidenti İlham Əliyev və Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfəri isə möhtəşəm siyasi-tarixi hadisə sayıla bilər və bu, Türk birliyinin qüdrətinin və təntənəsinin nümayişidir. Türk dünyasının əzmkar və uzaqgörən lideri Rəcəb Tayyib Ərdoğanın əsasını qoyduğu Şuşa ənənəsi artıq digər qardaş türk ölkələrinin də siyasi gündəliyində əsas yer alır".

Vaqif Abdullayev deyib ki, Şuşa səfəri Türk birlik və qardaşlığın rəmzinin ifadə edir və Qazaxıstanın Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı kimi siyasi-tarixi əhəmiyyətinə xüsusi dəyərinin ifadəsidir:

"Kasım-Jomart Tokayev Şuşadan dünyaya bir daha Türk Dünyasının qüdrətinin və güclü siyasi gerçəkliyinin mesajlarını verir, Şuşanın öz tarixi şöhrətinin bərpasında öz qardaşlıq dəstəyini nümayiş etdirir.

Qazaxıstan Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Zəngəzur dəhlizinin yaradılmasında da əzmkar mövqeyini ifadə edib və Azərbaycanla birlikdə bu dəhlizdə yer almaqda israrlıdır".

Anar Əliyev
Xəbəri paylaş