Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə seçkinin qalibi AKP olacaq

Türkiyədə seçkinin qalibi AKP olacaq


Türkiyədə bu il mart ayının 31-də keçiriləcək bələdiyyə seçkilərinin qalibi hakim Ədalət və İnkişaf Partiyası (AKP) olacaq. Seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində AKP-nin keçirdiyi görüşlərdə izdihamın yaşanması və seçicilərin hakim partiyaya marağının artması belə deməyə əsas verir.

Bu fikirləri Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə AKP-nin Ankara, İstanbul, İzmir kimi iri şəhərlərdə də üstünlük əldə edəcəyi mümkün görünür:

“Xüsusilə də İstanbul üçün bunu demək mümkündür. Çünki ötən müddət ərzində İstanbul Böyükşəhir Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu şəhərin inkişafı üçün o qədər də müsbət işlər görə bilməyib. Əksinə problemlər daha da artıb. Ona görə də İstanbul üzrə keçiriləcək seçkilərdə AKP-nin namizədi Murat Kurumun qələbəsi şübhəsizdir”.

Anar Əliyev
Xəbəri paylaş