Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quru sərhədlərinin bağlı qalması təhlükəsizliyimiz üçün zəruridir

Quru sərhədlərinin bağlı qalması təhlükəsizliyimiz üçün zəruridir


Bu günlərdə Rusiyada xarici ölkə vətəndaşlarının əli ilə törədilmiş terror hadisəsi bir daha Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanmasının üstünlüklərini nümayiş etdirdi. Baxmayaraq ki, çoxları pandemiyanın başa çatmasına rəğmən quru sərhədlərinin bağlı qalmasından şikayətlənirdi, ancaq Moskva vilayətində yüzdən çox insanın ölümünə səbəb olmuş məlum terror aktı bir daha sübut etdi ki, Azərbaycan dövləti quru sərhədlərini yalnız dövlət maraqları, təhlükəsizliyimiz baxımından bağlı saxlayır.

Təsəvvür edin ki, quru sərhədlərimizin açıq olması neçə-neçə potensial terrorçunun ölkəmizə daha asan yolla daxil olması və burada öz çirkin planlarını, insanlarımızın ölümünə səbəb olan terror aktlarının həyata keçirilmələrinə yetərli şərait yarada bilərdi. Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı da göstərir ki, indiki bu cür həssas dövrdə açıq quru sərhədləri ölkə üçün hansı riskləri yarada bilərdi.

Xüsusilə onu nəzərə almaq lazımdır ki, 44 günlük tarixi zəfərimizdən sonra erməni terror təşkilatları və onlara havadarlıq edən xarici güclər Azərbaycana hansısa formada zərbə vurmaq üçün fürsət axtarırlar. Bütün bunları nəzərə alaraq düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı quru sərhədlərimizin hələ də bağlı qalmasının dövlətçiliyimiz, təhlükəsizliyimiz baxımından zəruri olduğunu nəzərə almalıdır.

Süleyman İsmayilbəyli
Xəbəri paylaş