“Ermənistan Naxçıvanla sərhəd boyunca hərbi texnika və canlı qüvvə toplamaqla açıq-aşkar müharibəyə hazırlaşdığını ortaya qoyur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sözdə Cənubi Qafqazda sülh və təhlükəsizlikdən danışan dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın müharibə hazırlıqlarına göz yumurlar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışır, digər tərəfdən isə müharibə hazırlıqları görür:
“Ermənistan açıq-aşkar odla oynayır. Bu da onun üçün baha başa gələcək. Bu dəfəki müharibə Ermənistanın bir dövlət kimi yox olmasına gətirib çıxara bilər”.
Anar Əliyev