İsrailin keçən il 7 oktyabrdan başladığı hərbi əməliyyatlar nəticəsində Qəzzanın təhsil infrastrukturu tamamilə dağıdılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstinin Təhsil Nazirliyi məlumat verib. Bildirilib ki, ötən müddət ərzində İsrail 531 məktəbi bombalayıb.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında 286-sı dövlət, 65-i UNRWA-ya aid olmaqla 351 məktəbi bombaladığı, onlardan 40-ının tamamilə dağıdıldığı, 111-inin ciddi zədələndiyi qeyd edilib.
Nazirlik bildirib ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 916 fələstinli həlak olub, 75 min 494 nəfər isə yaralanıb.
Mehman Mehdiyev