ADY Şərq-Qərb dəhlizi üzrə 2024-cü ilin birinci rübündə 698 178 ton yük daşıyıb.
Newscenter.az quruma istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çox olan ümumi yük həcminin tərkibində azot gübrələri və mazut ən böyük paya sahib olub.
Karbohidrogen yüklərinin həcmi 10 dəfə artıb. Həmçinin 20 771 ton sair açıq neft məhsulları daşınıb ki, ötən ilin ilk rübündə bu məhsulların daşınması həyata keçirilməyib.
Süleyman