Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı qərbin münasibəti dəyişməlidir

Azərbaycana qarşı qərbin münasibəti dəyişməlidir


"ABŞ Dövlət Katibi A.Blinkenin aprelin 3-də prezident İ.Əliyevə zəng etməsinin Ermənistan-Aİ-ABŞ arasında 5 apreldə Brüssseldə keçiriləcək görüş ərəfəsinə təsadüf etməsi təbbi ki diqqətçəkicidir. Azərrbaycannın bu görüş barədə narahatlığı əsaslıdır və indiki həssas dönəmdə, normallaşma prosesinin aktiv fazaya ketdiyi indiki məqamda ciddi fəsadları ola bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, hər nə qədər Aİ və Birləşmiş Ştatlar Ermənistan-Aİ-ABŞ görüşünün Azərbaycana qarşı yönəlmədiyini bu telefon danışığında diqqətə çatdırsa da ortada olan reallıq tam bunun əksini göstərir:

"Ermənistan beynəlxalq nüfuzunu, təsir gücünü itirməkdə olan Moskvanın yerini doldurmaq üçün təhlükəsizlik çətiri ilə bağlı məsələsini Qərb vasitəsi ilə həll etmək istəyir. İrəvanın niyyəti baş tutarsa o zaman regionda çox ciddi təhlükə riski artır. Regionun ənənəvi oyunçuları və özünün təsir dairəsi hesab etdikləri dövlətlərin, kənar güclərin aktiv müdaxiləsinə seyrçi qalmayacağı da bəllidir. Üstəlik də Ermənistan özünə güclü dayaqlar və dəstəkçilər taparsa, İrəvan yenidən bölgədə işğalçılıq planlarını həyata keçirməyə çalışacaq".

Əli Oruclu qeyd edib ki, ABŞ və Aİ regoinda mürəkkəb və qarmaşıq bir vəziyyətin yaranmasına deyil, sabitliyə və təhlükəsizliyə töhvə verməlidir:

"Prezident İ.Əliyev də haqlı olaraq Blimkenlə telefon danışııqları zamanı öz narahatlığını çatdırıb. Hesab edirəm ki, Azərbaycana qarşı qərbin münasibəti dəyişməli, obyektiv və pozitiv, qarşılıqlı əməkdaşlığa əsaslanmalıdır".

Süleyman
Xəbəri paylaş