Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinkenin zəngi Azərbaycanın narahatlıqları fonunda Qərb-Azərbaycan münasibətlərinə aydınlıq gətirir

Blinkenin zəngi Azərbaycanın narahatlıqları fonunda Qərb-Azərbaycan münasibətlərinə aydınlıq gətirir


Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ Dövlət Departamentinin rəhbəri Blinkenin zəngi 5 aprel ABŞ-Aİ və Ermənistan konfransı öncəsi gözlənilən idi. Azərbaycanın narahatlıqları fonunda bu zəng edilməli idi və edildi də. ABŞ-ın Ermənistanla olan münasibətlərinin Azərbaycan əleyhinə olmadığını və Azərbaycan əleyhinə yönəlmədiyini bilavasitə Blinkenin dilindən Azərbaycan Prezidentinə deyilməsi mütləq idi.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu, doğru addım idi:

"ABŞ rəsmisinin əslində bu addımı Azərbaycanın əhəmiyyətinin ABŞ və Aİ üçün heç də digər Qafqaz ölkələrindən az olmadığını isbat etməsi baxımından da önəmli idi. Azərbaycanın tək Aİ-nın enerji təhlükəsizliyinin qorunmasında oynadığı rol bəs edir ki, Azərbaycanın əhəmiyyətinin ən azı Ermənistandan qat-qat çox olması faktı isbat edilsin. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bir müddət öncə Bakıda qaz satışı üçün Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığı sənəd hələ yadlardan çıxmayıb, hansıki o, bunu bəzi dairələrin etirazlarına baxmayaraq etmişdi".

Politoloqun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, ABŞ və Aİ üçün Azərbaycanın əhəmiyyəti yüksəkdir:

"Hesab edirəm ki, Blinkenin zəngi Azərbaycanın narahatlıqları fonunda Qərb-Azərbaycan münasibətlərinə aydınlıq gətirir. Azərbaycanın natahatlıqlarının əbəs olduğunu göstərir. Təbii ki, Azərbaycan bütün bunlara baxmayaraq öz təhlükəsizliyini hər şeydən üstün tutur. Vəziyyət nəzarətdə saxlanılır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əgər Ermənistan tərəfindən ciddi təhlükə hiss edilərsə, heç nəyə baxmadan preventiv tədbirlər görmək hüququnu özündə saxlayır".

Süleyman
Xəbəri paylaş