Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Göyçə gölünə çıxış əldə edir

Azərbaycan Göyçə gölünə çıxış əldə edir


Aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Von der Leyen görüşündə Ermənistanın bir sıra ərazilərinin Azərbaycana verilməsi məsələsi də müzakirə olunacaq.

Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistan Milli Birlik Partiyası belə bir iddia ilə çıxış edib. Bildirilir ki, görüşdə eyni zamanda Tavuşun 4 kəndi kölgəli tənzimləmələrlə Azərbaycan təhvil veriləcək.

Bunun nəticəsində İrəvan-Tbilisi dövlətlərarası avtomobil yolunun İcevan və Noyemberyan rayonlarının Kirants - Voskepar - Bağanis kəndləri ilə əhatə olunmuş hissələri də Azərbaycana veriləcək. Beləliklə, Azərbaycanın İrəvan-Tbilisi dövlətlərarası avtomobil yoluna bir neçə yerdən çıxışı olacaq.

Bundan başqa, Gürcüstandan Ermənistana Voskepar yolundan keçən magistral qaz kəməri də Azərbaycanın nəzarətinə keçəcək.

Partiyanın iddiasında o da qeyd edilir ki, Ermənistanın indiki hakimiyyəti Qeqarkunik rayonunun 2 kəndini də Azərbaycana verməyə hazırlaşır. Söhbət Kut və Azat icmalarından gedir. Nəticədə Azərbaycan birbaşa Göyçə gölünə çıxış əldə edir.

Süleyman
Xəbəri paylaş