Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar başlayır

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar başlayır


Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalara start verilir.

Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistan Milli Birlik Partiyası belə bir açıqlama ilə çıxış edib. Partiyanın açıqlamasında bildirilib ki, etiraz aksiyalarına aprelin 8-dən start veriləcək.

Matenadaran meydanına bitişik ərazidən başlayacaq aksiyanın bütün İrəvanı, hətta əyalətləri əhatə etməsi nəzərdə tutulur.

Partiyanın yaydığı açıqlamada o da bildirilib ki, aksiyada yalnız bir şüar səsləndiriləcək. O da baş nazir Nikol Paşinyanın istefası şüaridir.

Ermənistan Milli Birlik Partiyası digər siyasi qüvvələri də aksiyaya dəstək verməyə çağırıb.

Anar Əliyev
Xəbəri paylaş