Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gücümüzü bir yerə qoyaraq həqiqi islam dəyərlərini təbliğ edək

Gücümüzü bir yerə qoyaraq həqiqi islam dəyərlərini təbliğ edək


İslam dinində birlik və bərabərliyə zərbə vurmaq, təfriqəçilik yaratmaq cəhdləri bir qayda olaraq müsəlman dünyasının sözün həqiqi mənasında bir olmasına əngəl yaradıb. Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov da deyib ki, tarix boyu müsəlman dünyasına ən çox zərər vuran, onları inkişafdan geri qoyan, birliyini pozan təfriqəçilik və ayrı-seçkilik olub:

"Uzun illərdir Azərbaycanda da ayrı-ayrı məzhəblər və təriqətlər tərəfindən bu cür təbliğatlar aparılıb. Allah-Taala Quranda müsəlmanları birliyə və həmrəyliyə dəvət etdiyi halda bu insanlar Allahın kəlamına qarşı çıxıb müsəlmanların birlik və həmrəyliyini pozublar".

Deputat hesab edir ki, gücümüzü bir yerə qoyaraq cəmiyyətdə həqiqi islam dəyərlərini təbliğ edək, mövhumat və xurafata qarşı mübarizə aparmalıyıq:

"Bir-birimizi didməklə, didişməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bölücülər və təfriqəçilər də bilsinlər ki, onlar Allahın əmrinə qarşı çıxırlar, onları o dünyada ən ağır əzab və hesab gözləyir".

Anar Əliyev
Xəbəri paylaş