Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran İsraili necə vuracaq?

İran İsraili necə vuracaq?


İsrailin Suriyaya zərbələr endirməsi İranda ciddi etiraza səbəb olub. Vəziyyət o həddə çatıb ki, İranın Ali Dini Lideri İsrailə cavab zərbəsi endiriləcəyini deyib. Maraqlıdır ki, İran İsraili necə vuracaq?

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, bu sual gündəmi məşğul edib:

"ABŞ-ın keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Kasım Süleymani İraqda öldürüldükdə, Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı. Tehran İsrailin İranın Suriyadakı konsulluq binasında hava zərbəsi nəticəsində generallarının qətlinə görə yenə intiqam vədi verib. İranın Süleymani nümunəsində olduğu kimi Amerikaya əli çatmadığı kimi birbaşa İsraili hədəf alması da problematikdir".

Politoloq deyib ki, İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşddırmaq gücünə malikdir:

"Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər. Ayrıca, İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir".

Anar Əliyev
Xəbəri paylaş