12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva aprelin 3-də Qaradağ rayonun Korgöz bələdiyyəsinin inzibati binasında qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib.
Newscenter.az xəbər verir ki, qəbula gələnlər qəsəbədə mövcud küçə adlarının dəyişdirilməsinə, Korgöz mədəniyyət evinin nəzdində müxtəlif dərnəklərin fəaliyyət göstərməsinə, qəsəbənin adının dəyişdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinin və işıqlandırılmasınin başa çatdırılmasına, “Milliön” ödəmə terminalının quraşdırılmasına, qəsəbədə sayı artmış sahibsiz itlərin yığışdırılmasına, quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə qarşı peyvənd edilməsinə, vətəndaşların işə qəbul olunmalarına, şəxsi problemlərinin həll edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər
Qəbulda Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyev iştirak edib.
Süleyman