Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran niyə susqunluq nümayiş etdirir?

Tehran niyə susqunluq nümayiş etdirir?


"İranın Amerika-Avropa İttifaqı-Ermənistan formatında sabah keçiriləcək üçtərəfli görüşünə heç bir reaksiya verməməsi və prosesləri susqunluqla qarşılaması başa düşülən deyil. Bir qayda olaraq Birləşmiş Ştatları "Boyük şeytan" adlandıran İran, indi həmin "şeytanın" onun sərhədlərinə qədər gəlib çıxmasını normal qarşılayır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, əslində Tehranın mövqeyi başadüşüləndir və fars-molla rejimindən başqa hansısa münasibət gözləmək də sadəlövhlük olar:

"Çünki İran heç zaman qonşuluğunda Azərbaycan kimi güclü, qüdrətli bir ölkənin olmasına istəməyib və bu gün də həmin siyasətinə sadiqdir. Ona görə də maksimum dərəcədə Ermənistanın Azərbaycan əleyhinə yönəlik fəaliyyətlərinə dəstək verir ki, Azərbaycan zəifləsin. Yaxın və uzaq tariximizdə İranın bu məqsədlə Ermənistana dəstək verdiyi də hər kəsin gözü önündə olub".

İctimai Birlik sədri deyib ki İran heç vaxt Azərbaycanla səmimi qonşuluq münasibətlərində olmayıb, fürsət düşdükcə Azərbaycana bu və ya digər formada zərbə vurmağa çalışıb.

Süleyman
Xəbəri paylaş