Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY dünyanın 4-cü ən böyük hava yük daşıyıcısı oldu

THY dünyanın 4-cü ən böyük hava yük daşıyıcısı oldu


Türk Hava Yolları (THY) 2023-cü ildə dünyanın 4-cü ən böyük hava yük daşıyıcısı olub.

Newscenter.az şirkətə istinadən bildirir ki, 24 yük təyyarəsi və 416 sərnişin təyyarəsi ilə 133 ölkədə 364 nöqtədə hava yükdaşıma xidməti göstərən THY, keçən il daşıdığı ödənişli yüklərin həcmini 2019-cu ilə nisbətən 16 faiz artırıb. Son 10 ildə yük daşımalarında bazar payını üç dəfədən çox artıran Turkish Cargo, 2023-cü ildə də dünyanın 4-cü ən böyük hava yük daşıyıcısı olaraq uğurunu davam etdirdi.

2033-cü ildə 100-cü ildönümü strategiyası çərçivəsində donanma sayının 800-ü keçməsini hədəfləyən Türk Hava Yolları, qlobal aviasiya sənayesindəki tədarük problemlərinə və istehsaldakı darboğazlara baxmayaraq, keçən il donanmasına 46 təyyarə əlavə edib. Nəticədə təyyarə sayı 12 faiz artımla 440-a yüksəlib.

Natiq Orucov
Xəbəri paylaş