Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yolları rekorda imza atdı

Türk Hava Yolları rekorda imza atdı


Türk Hava Yolları (THY) keçən il 83,4 milyon sərnişin daşımaqla bütün zamanların rekordunu qırıb.

Newscenter.az şirkətə istinadən xəbər verir ki, Türk Hava Yollarının (THY) daxili sərnişin tutumu keçən il 2022-ci ilə nisbətən 23,5 faiz artarkən, sərnişin sayı yüzdə 19 artaraq 30 milyonu keçib.

Beynəlxalq xətlərdə tutum artımı 16 faizə yaxınlaşarkən, sərnişin sayı 14 faiz artaraq 53 milyona çatıb. Xüsusilə Türkiyə vətəndaşlarının sıx yaşadığı Avropa ölkələrində xaricə gedən sərnişin sayındakı artım 20 faizi keçib.

Bununla da THY, COVID-19-dan əvvəlki dövrə görə sərnişin daşımada 27 artıma nail olub.

Mehman Mehdiyev
Xəbəri paylaş