Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Təhlükəsizlik Şurası bu gün toplanır

Türkiyə Təhlükəsizlik Şurası bu gün toplanır


Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, iki aylıq fasilədən sonra bir araya gələcək Milli Təhlükəsizlik Şurası Beştəpədə toplanacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantının əsas gündəmi Türkiyənin terrorla mübarizə əməliyyatlarıdır. Milli Təhlükəsizlik Şurasının iclasında digər regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunacaq.

Görüşdə İraqın şimalında terror ünsürlərinin məhv edilməsi üçün davam edən əməliyyatların genişləndirilməsi də müzakirə ediləcək. Həmçinin, Prezident Ərdoğanın bu ayın sonunda Bağdad səfərinə hazırlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılacaq.

İclasda terror təşkilatı PKK tərəfdarlarının Avropada yaşayan türklərə və Türkiyənin diplomatik nümayəndəliklərinə qarşı hücumları, bununla bağlı indiyədək atılan addımlar və görüləcək əlavə tədbirlər dəyərləndiriləcək, Vaşinqton administrasiyası ilə münasibətlər, F-16-ların tədarükü üçün ABŞ ilə həyata keçirilən prosesdəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacsq.

Süleyman
Xəbəri paylaş