Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Asiyada orta mənzilli raketlər yerləşdirmək istəyir

Vaşinqton Asiyada orta mənzilli raketlər yerləşdirmək istəyir


Birləşmiş Ştatlar Asiyada uzaqmənzilli raketlər yerləşdirməyi düşünür.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Ordusunun Sakit Okeandakı Quru Qoşunlarının komandanı Çarlz Flin məlumat verib. O bildirib ki, ABŞ Çinin qarşısını almaq üçün tezliklə Asiyada orta mənzilli raketlər yerləşdirməyi qarşıya məqsəd qoyub.

“Biz [Hind-Sakit Okean] regionundakı müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi və tezliklə bu regionda belə raketləri yerləşdirməyi planlaşdırırıq”, - deyə amerikalə general bildirib.

O, əlavə edib ki, Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı ABŞ üçün bir yol tapmaq son dərəcə vacibdir.


Mehman Mehdiyev
Xəbəri paylaş