Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəziyyət hər an nəzarətdən çıxa bilər

Vəziyyət hər an nəzarətdən çıxa bilər


"Ermənistanın Azərbaycanla şərti sərhəd boyunca döyüş texnikaları cəmləşdirməsi, canlı qüvvə toplaması, eyni zamanda yeni döyüş mövqeləri inşa etməsi onu deməyə əsas verir ki, vəziyyət hər an nəzarətdən çıxa bilər".

Newscenter.az-ın məlumatına görə, bu "Xəbər Mərkəzi" Analitik Qrupun Ermənistanın son addıımları ilə bağlı açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Ermənistan Birləşmiş Ştatlar və Avropa İttifaqının dəstəyi fonunda Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır:

"Regionda kifayət qədər riskli və təhlükəli vəziyyət yaranıb. Təəssüflər olsun ki, belə bir durumun yaranmasında Amerika və Avropa İttifaqının rolu az deyil. Məhz sözügedən güclərin Ermənistana yönəlik dəstəyi İrəvanı yenidən revanşizmə sürükləyir".

Anar Əliyev
Xəbəri paylaş