Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sərgisi təşkil olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev verib. O bildirib ki, dərginin cari ilin sonunda keçirilməsi nəzərdə tutulur.
Tural Əliyev deyib ki, sərgi zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə iştirakçılara məlumat veriləcək. PA rəsmisinin sözlərinə görə, Azərbaycan tarixində ilk dəfə keçiriləcək həmin sərgi effektli olduğu təqdirdə anoloji sərgilər gələcəkdə də təşkil olunacaq.
Süleyman