Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya yenidən bölüşdürülür?

Dünya yenidən bölüşdürülür?


Keçən əsrin əvvəllərində və ortalarında dünyanın bölüşdürülməsi uğrunda iki böyük dünya müharibəsi baş verib. Bu müharibələrin nəticələri çox ağır olub. Xeyli sayda insan məhv olub, bir o, qədəri zərər çəkib. Hal-hazırda İran və İsrail arasındakı qarşıdurma XXI əsrin dəhşətli müharibəsini - 3-cü dünya müharibəsini dünyanın bir addımlığına gətirib. Düşünürəm ki, 3-cü dünya müharibəsi baş verərsə güc dövlətləri bir neçə məqsəd üzərində xüsusi dayanacaqlar.

1. İran fars molla rejiminin devrilməsi və İranın parçalanması
2. Rusiyanın parçalanması və ərazisinin bölüşdürülməsi
3. Şərq regionunda yeni münaqişə ocaqlarının yaradılması
4. Qafqazda nəzarəti hərtərəfli ələ almaq

Sözsüz ki, bu bəndlər dünyanı idarə etmək istəyən qüvvələrin planları ard-arda reallaşarsa yerinə yetiriləcək. Əks təqdirdə başqa ehtimallar ortaya çıxır ki, onların da mümkünlüyü düşünülə bilər.

3-cü dünya müharibəsi 1-ci və 2-ci dünya müharibələrindən öz xarakterinə, əhatə etdiyi əraziyə, istifadə olunacaq silah-sursatın, hərbi texnikanın müasirliyinə görə çox fərqlənəcək. Əgər müharibədə nüvə silahlarının intensiv istifadəsi müşahidə olunarsa, bu dünyanın sonunun gəldiyinə işarə olacaq.

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş