"Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr aparmaq üçün Parisə çağrılması bu ölkənin rəsmi Bakıya qarşı qərəzli və düşmən münasibətinin daha bir sübutudur".
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, rəsmi Paris tədricən Bakı ilə bütün körpüləri yandırır:
"Səfirin məsləhətləşmələr aparmaq üçün Fransaya dəvət edilməsi də onu deməyə əsas verir ki, Paris Bakı ilə münasibətləri ən gərgin atmosferə soxmaq niyyətindədir və Azərbaycanla əməkdaşlıqdan imtina edir".
Politoloq hesab edir ki, bu prosesdə uduzan tərəf birməanlı olaraq Fransa olacaq:
"Fransa bir reallığı anlamaq istəmir ki, Cənubi Qafqazda iştirakın birbaşa açarı Azərbaycandır. Yalnız Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində regionda müəyyən mənada var ola bilər. O da bir şərtlə ki, Parisin fəaliyyəti regionda gərginlik yaratmağa deyil, sülhə və təhlükəsizliyə xidmət etsin".
Anar Əliyev