Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbinin rektoru qalib şagirdləri təltif etdi

Bakı Ali Neft Məktəbinin rektoru qalib şagirdləri təltif etdi


Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin şagirdləri daha bir ugura imza atıblar.

Newscenter.az xəbər verir ki, məktəbin rus bölməsinin şagirdləri Nurxan Useynzadə və Nihad İsgəndərov “Sabahın Alimləri” XIII Respublika Müsabiqəsində Riyaziyyat nominasiyası üzrə “Evklid fəzalarında p-ölçülü səthilərin göstərilməsi” mövzusunda qalib olublar.

Şagirdləri və 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalovanı, məktəbin təlim- tərbiyə üzrə direktor müavini Lalə Qasımovanı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onlara ugurlar arzulayıb.

Biz də qalibləri təbrik edir, gələcəkdə hədəflərinə doğru getdikləri yolda uğurlar diləyirilk.



Süleyman
Xəbəri paylaş