Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron siqaretlərin qadağan edilməsi təklif olunur

Elektron siqaretlərin qadağan edilməsi təklif olunur


"Azərbaycanda son illər çox mənfi bir tendensiya müşahidə edilir. O da elektron siqaretlərdən istifadə hallarının geniş yayılmasıdır".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, dünya ölkələrində elektron siqaretlərdən istifadəyə qadağa tətbiq edilsə də, lakin Azərbaycanda bundan geniş istifadə edilir:

"Xüsusilə, gənclər tərəfindən elektron siqaretlərdən daha çox istifadə edilir".

Azərbaycana il ərzində 3 milyona yaxın elektron siqaretin idxal edildiyini diqqətə çatdıran Tahir Mirkişili ölkəmizdə də bu tipli siqaretlərdən istifadəyə qadağa tətbiq edilməsinin məqsədəuyğun olduğunu deyib.

Süleyman
Xəbəri paylaş