"Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur. Qarşılıqlı faydalı əməkdaşlığa söykənən bu əlaqələr bundan sonra daha da inkişaf edəcək".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri bu əlaqələrə təkan verəcək:
"İki ölkə arasında imzalanmış müttəfiqlik sazişi Moskva ilə Bakı arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıb".
Anar Əliyev