"Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə öz ampluasındadır. Bir qayda olaraq erməni maraqlarından çıxış edən Zatulinin Azərbaycan əleyhinə nəsə söyləməsində əslində bir yenilik axtarmağa da lüzum yoxdur. Çünki Zatulini danışdıran məhz erməni lobbisinin maliyyəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri Zatulinin tarixi saxtalaşdırmaq cəhdini axmaqlıq adlandırıb:
"Erməni maraqlarının müdafiəçisi olan Zatulin iddia edib ki, Qarabağdakı alban kilsələri guya, əslində, “erməni kilsələri”dir və bu kilsələr hazırda Azərbaycan tərəfindən albanlaşdırılır. Bu cür sərsəm böhtanı, qərəzi rusiyalı deputatın səsləndirməsi həm də onun siyasi riyakarlığından xəbər verir".
Süleyman