Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keyfiyyət Assosiasiyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb

Keyfiyyət Assosiasiyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb




Keyfiyyət Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
“İdarəetmə sistemlərinin daxili auditi” kitabı” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi yerli müəssisələrimizdə bir sıra beynəlxalq standartının tələblərinə uyğun qurulan idarəetmə sistemlərinin daxili auditinin aparılmasında daxili auditorların səriştə və bacarıqlarının daha da inkişaf etdirilməsinə kömək göstərməkdən, habelə keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, və təlimçiləri və bu ixtisaslar üzrə tədrislə məşğul olan müəllim heyətini, təhsil alan tələbələri daxili auditlər bağlı zəruri biliklərlə təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində “İdarəetmə sistemlərinin daxili auditi” adlı kitab nəşr olunacaq və təqdimat mərasimi keçiriləcək. Kitab şirkətlər, biznes assosiasiyalar, universitetlər və kitabxanalara paylanılılacaq.
Qeyd edək ki, layihə 1iyun 2024 – 30 sentyabr 2024 tarixlərini əhatə edir.
Xəbəri paylaş