Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paris müstəmləkə siyasətindən əl çəkməlidir

Paris müstəmləkə siyasətindən əl çəkməlidir


Avropa Parlamentinin fransız deputatı Fransua Bellami öz çıxışı çərçivəsində Azərbaycanı Fransanı parçalanmaqda ittiham edib. O, Yeni Kaledoniyada davam edən azadlıq çağırışlarını və Poleneziyada eyni meyllərin artmasını ölkəmizlə əlaqələndirməyə çalışıb.

Deputatın bu çıxışı mənsubu olduğu dövlətin demokratiya adı altında başqa ölkələrin daxili işlərinə qarışmaq psixologiyasından qaynaqlanır. Lakin fransızların demokratiya anlayışı Afrikadan başlayan qaranlıq tarixlərindən hər kəsə yaxşı məlumdur.

Keçmiş həmsədr tərəf kimi vasitəçilik missiyasının məntiqinə zidd olaraq Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətdən siyasi maraqları naminə yaralanan Paris, İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi mənzərə ilə heç cür barışmaq istəmir. Cünki, tarixi Qarabağ zəfərimiz Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Cənubi Qafqaza istiqamətlənmiş təsir riçaqlarını minimallaşdırıb. Buna görə də sözügedən dövlət hələ də əsassız iddialarla və erməni kartından yararlanmaq cəhdləri fonunda özü və neokolonist siyasət yürüdərək orbitinə daxil etdiyi dövlətlərlə birgə anti-Azərbaycan siyasəti ilə beynəlxalq müstəvidə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışır.

Özündən minlərlə kilometr kənarda Yeni Kaledoniya, Poleneziya kimi ölkələrdə müstəmləkə siyasətindən əl çəkmək istəməyən Fransa, Azərbaycanı hər hansı bir məsələdə ittiham edə bilməz. Azərbaycan xalqı azadlıq mübarizəsi verən zaman Fransa Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələri qul ticarətinin mərkəzi kimi istifadə edirdi. Bunlar danılmaz faktlardır. Buna görə də ölkəmizin Fransanın məlum siyasətinə qarşı mövqeyi birmənalıdır: rəsmi Paris müstəmləkə siyasətindən əl çəkməli və kölə etdiyi xalqların tapdalanmış hüquqlarını bərpa etməlidir.

Pərviz Mirizadə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Xəbəri paylaş