Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qitələr arasında körpü

Qitələr arasında körpü


Son dövrlərdə müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda baş verən mürəkkəb geosiyasi proseslər onu göstərir ki, bunların arxasında dayanan Qərb həmin ölkələrin siyasi düzənini istədiyi məcraya yönəldə bilir, onların dövlət institutlarının fəaliyyətini, siyasi arxitekturasını pozmağa qadirdir.

Baş verənlər həm də bir geçəkliyi ortaya qoyur ki, Azərbaycan dövlətinin və onun siyasi lideri cənab İlham Əliyev çox müdrik və ağıllı, planetar düşüncəli uzaqgörən siyasət yürütməklə bütün kənar təsirləri sıfırlaya bilib.
Uzun illıər bizə Qərb dəyərləri, demokratik sistemi, ictimai həyat tərzini

ümumbəşəri ənənələr kimi təqdim etməyə çalışsalar da, siyasi praktika bunların heç də təməl prinsiplər olmadığını sübut etdi.

Əlbəttə, Azərbaycan ötən 30 ildə Qərblə faydalı və sağlam əməkdaşlığa söykənən saysız layihələr icra edib, vətəndaş cəmiyyəti quruculuğu, çoxpartiyalı siyasi sistemin təmin edilməsi, müstəqil medianın inkişafı və s. istiqamətlərdə əldə olunmuş müsbət nəticələri danmaq da olmaz.

Ancaq ölkəmizdə fəaliyyət göstərən ABŞ və Avropanın bir çox siyasi institutlarının, fondlarının əsil məqsədinin demokratik quruculuğa töhfə vermək yox, əslində kəşfiyyat xarakteri daşıdığının şahidi də olduq.

Bütün bunlra rəğmən, siyasi və iqtisadi, hərbi cəhətdən heç kimdən asılı olmayan Azərbaycan bütün anti-milli planları iflasa uğradaraq özünün mükəmməl və balanslaşdırılmış məharətli siyasəti ilə güclü ictimai-sabitliyini təmin edib.
Ölkəmz xarici siyasətində heç vaxt yalnız bir siyasi coğrafi qütbə - Qərbə fokuslanmayıb, hansısa tərəfə və qitəyə dost, hansına düşmən obrazını sərgilməyib. Qitələr və dövlətləarası tarazlığı və bərabərliyi eyni səviyyədə saxlayıb, yürüdülən çoxşaxəli və diversifikasiya yönlü siyasət Qərb-Şərq, Şimal-Cənub landşaftının ən yaxşı və səmərəverici nümunəsini formaslaşdırıb.

Azərbaycan Avropa İttifaqı ilə ən yaxın iqtisadi-siyasi təmaslar qurub, enerji nəqlinin böyük bir hissəsi bu regiona səmtlənib, hazırda Avropanın qaz ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edir, müxtəlif faydalı proqramlarda iştirak edir və s. Eləcə də ABŞ-la bərabər əməkdaşlıq qurub, Uzaq Amerika qitəsinini dpgər ölkələri ilə də siyasi münasibətlərimizin keyfiyyəti olduqca qənaətbəxşdir.

Qardaş Türkiyə ilə əlaqələrin əvəzounmaz strateji konsepti dünyaya qeyd-şərtsiz nümunədir, yaxın qonşumuz dost İranla da əlaqələrimiz çox dinamikdir.

Avrasiya bölgəsinin ən güclü dövlətlərindən biri olan Rusiya Federasiyası ilə səmimi və dost münasibətləriz strateji müttəfiqliyə yüksəlib, Şərqlə də isti əlaqələr mövcuddur. Dünyanın siyasi və iqtisadi güc qütblərindən biri olan Çinlə münasibətlərimiz ən yaxın müttəfiqlik səviyyəsinə yüksəlib. Hazırda Yeni İpək Yolunun müəllifi olan Çinlə birgə Zəngəzurun bu dəhlizə qoşulması istiqamətində səylər artırılıb.

Yaxın Şərq ölkələri, o cümlədən İsrail ilə strateji əlaqələrimizin hədsiz dərəcədə möhkəm olması Azərbaycanın uzaq regionlarda da bərabər və tarazlı siyasi xətti qoruyub saxladığıbı təsdiqləyir.

Eləcə də Afrika qitəsi ölkələri ilə Azərbaycanın çox isti münasibətləri vardır, Qoşulmama Hərəkatına Sədrliyi dövründə bu ölkələrlə siyasi təmaslar ən yüksək səviyyəyə qalxıb, Afrikanın demək olar ki, bütün ölkələri Azərbaycanın ən yaxın dostudur.

Azərbaycan Ermənistanı da özünə düşmən hesab etmir, bərabər qarşılıqlı əməkdaşlığa, rifaha dəvət edir.
Yəni, Azərbaycan özünün iradəsi, Cənab Prezidentin ağıılı məntiqə söykənən çevik diplomatiyası sayəsində qitələrarası siyasi mərkəzə çevrilib. Bunu Amerikadan tutmuş Afrikaya qədər 150-dən çox ölkəni əhatə edən Beynəlxalq Forum və sülh dialoqlarına dair Sammitlərin, dinlərarası Zirvə görüşlərinin davamlı olaraq Bakıda keçirilməsi də təsdiq edir.

Hazırda dünyanın 190 ölkəsini Bakıda bir araya gətirəcək yeni rifah layihəsdi olan COP-29-da Azərbaycanın həmrəylik və qlobal əməkdaşlığın siyasi mərkəzi olduğunu sübut edir.

Bütün bunlar bir daha onu şərtləndirir ki, Azərbaycanın çoxşaxəli siyasət kursu olduqca möhkəm və tarazlıdır, birbaşa milli dövlət maraqlarına xidmət edir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş