Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün Azərbaycan uşaqlarını təbrik edib.
Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qalib Azərbaycanımızın bütün körpələrinə, o cümlədən əziz şəhidlərimizin övladlarına, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağdakı, Şərqi Zəngəzurdakı evlərinə qayıdan hər bir uşağa bol sevinc və xoşbəxtlik arzulayıram.
Qoy, üzünüzdən təbəssüm, qəlblərinizdən dostluq və həmrəylik hissi heç vaxt əskik olmasın, əziz uşaqlar!
Bayramınız mübarək!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri