Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq

Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq


Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açllacaq.

Bu barədə məlumatı Newscenter.az-a Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Cəmil Hüseynov verib. O bildirib ki, 1 ildən çoxdur sözügedən layihə üzərində iş gedir:

"Demək olar ki, bütün işlər hazırdır, bizə bunun üçün yer də verilib. Burada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açmaq istəyirəm. Məktəbdə tədris olunacaq "Azərbaycan dilini öyrənmək" adlı kitabımız da hazırdır. Əsas məqsədim odur ki, buradakı azərbaycanlı uşaqlar öz ana dilini unutmasınlar, oxuya, ana dilində yaza bilsinlər. Vətənimizə, Azərbaycanımıza gedəndə öz dilimizdə danışmağa çətinlik çəkməsinlər. Eyni zamanda Azərbaycan himnini bilsinlər, Azərbaycan himnini kim yazıb, Azərbaycan bayrağının rəmzi nədir, Azərbaycan gerbinin mənası nəyi ehtiva edir, bayrağımızın rəngi hansı mənaları verir və s. məsələləri uşaqlarımız öyrənsinlər".



Süleyman
Xəbəri paylaş