Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMİP Avropa Parlamentinə keçirilən seçkiləri müşahidə edəcək

AMİP Avropa Parlamentinə keçirilən seçkiləri müşahidə edəcək


Cari ilin 6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcəkdir.

Azərbaycan Milli İstiqlal Partiyası Mətbuat Xidmətindən Newscenter.az-a daxil olan məlimata görə, AMİP uzun illərdən bəri əməkdaşlıq etdiyi İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib.

Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar.Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, həmçinin, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin, 9 iyun axşamı seçkilər başa çatdıqdan sonra Moderat partiyasının Mərkəzi Seçki Qərərgahında ölkə üzrə yekun nəticələr məlum olanadək seçkilərin nəticələrini canlı izləmə tədbirində və yekun brifinqdə iştirak nəzərdə tutulmuşdur.

Süleyman
Xəbəri paylaş