Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad iqtisadi zonalardan ixracat 50 milyard dollara çatıb

Azad iqtisadi zonalardan ixracat 50 milyard dollara çatıb


Azad iqtisadi zonalar vasitəsilə ixracat 50 milyard dollara çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat verib. Bildirilib ki, istehsal və ixrac odaklı fəaliyyət göstərən azad zonalardan ixrac 2019-2023-cü illərdə 50 milyard dollara yaxınlaşıb.

Məlumata görə, ötən ilin sonuna qədər Türkiyədə 19 sərbəst zonada 1563-ü yerli, 545-i xarici olmaqla 2 min 108 şirkət fəaliyyət göstərib.

Sərbəst zonalarda 2019-cu ildə 19,7 milyard dollar olan ümumi ticarət həcmi 2020-ci ildə 22,1 milyard dollara, 2021-ci ildə 24,6 milyard dollara, 2022-ci ildə isə 32,8 milyard dollara yüksəlib.

Keçən il bu məbləğ 30,9 milyard dollar olaraq hesablanırdısa, son 5 ildə artım 57 faizə yaxınlaşdı. 5 il ərzində ümumi ticarət həcmi 130,1 milyard dollara çatıb.

Natiq Orucov
Xəbəri paylaş