Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin hakimiyyəti Uyğurustanda repressiya və diskriminasiya siyasəti aparır

Çin hakimiyyəti Uyğurustanda repressiya və diskriminasiya siyasəti aparır


Türkiyənin xarici işlər naziri Hakan Fidanın Çinə səfəri çərçivəsində Uyğur vilayətinə də getməsi dünya mediasında əsas müzakirə mövzusu olub.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Şərqi Türküstana -Çinin işğal altında olan Uğurustanın paytaxtı Urumciyə səfəri, uyğur türkləri ilə görüşü Ankaranın uyğur probleminə səssiz qalmadığının göstəricisidir. Onun sözlərinə görə. Türkiyənin prezidenti R. T. Ərdoğan 2012-ci ildə Baş nazir olanda Uyğurustana səfər etmişdi:

"Bu səfərlərdən Çin hakimiyyəti məmnun olmasa da, Ankaranın israrlı siyasəti Pekini geri addım atmağa sövq edir".

Politoloq deyib ki, uyğurlarin dili Azərbaycan və Türkiyə türkcəsinə çox yaxındır:

"Uyğurlar ötən əsrin 30 ci illərində müstəqillik uğrunda silahlı mübarizə aparıb. SSRİ və Çinin birgə siyasəti nəticəsində Uyğurların azadlıq mücadiləsi yatırılıb və Çin hökumətinə təslim edilib.
Çin hakimiyyəti Uyğurustanda repressiya və diskriminasiya siyasəti aparır. Türkiyənin qlobal güc olması, Türk dünyası üçün nə qədər vacib olduğu Hakan Fidanın Uyğur səfərinin detallarına baxanda görmək olur. Azərbaycan da Türkiyənin bu siyasətini izləməlidir. Uyğur türkləri ilə mədəni körpü qurmalıdır".

Anar Əliyev
Xəbəri paylaş