Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni müxalifəti özünün planlarını korrektə etməlidir

Erməni müxalifəti özünün planlarını korrektə etməlidir


"Əvvəlki mitinqlərdə də çox az sayda insan toplaşırdı. İndi də eyni prosesəs baş verəcək. İnsanların mitinqə marağı azdır. Çünki bunu təşkil edən şəxslər müharibə istəyirlər, revanşizmi təbliğ edirlər".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev Ermənistanda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, erməni xalqı artıq müharibəni istəmir:

"Çünki yaxşı bilirlər ki, indən sonra da nə qədər müharibə olsa da uduzacaqlar. Həmçinin Baqrat Qalstyanın Rusiya və İranla sıx əməkdaşlığı, erməni xalqıni qanına qəltan edən Köçəryan - Sarkisyan cütlüyü ilə iş birliyi içərisində olması ona olan marağı azaltdı. Qalstyan nə qədər çalışsa belə indən sonra da mitinqlərə insanları toplaya bilməyəcək".

Politoloq deyib ki, erməni müxalifəti özünün planlarını korrektə etməlidir:

"Yaxşı olar ki, artıq Azərbaycan - Ermənistan məsələsi ilə bağlı deyil, ölkənin əsas problemləri olan sosial - iqdisadi böhranla bağlı xalqdan dəstək istəsinlər. Elə olduğu zaman erməni xalqı onlara dəstək verə bilər. Nə qədər ki, onlar müharibəni təbliğ edəcəklər heç bir real dəstək görməyəcəklər".

Süleyman
Xəbəri paylaş