"Ermənistan müxalifətinin, daha doğrusu Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxan revanşistlərin iyunun 9-na əyin etdikləri aksiya o qədər də təsirli olmayacaq və proseslərə heç bir ciddi təsir göstərməyəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O qeyd edib ki, erməni cəmiyyəti, erməni xalqı məhdud sayda revanşistlərdən fərqli olaraq müharibə istəmir:
"Erməni xalqı yaxşı başa düşür ki, müharibə onlar üçün intihardır. Çünki onu agrı-acısını İkinci Qarabağ Müharibəsinə başlamaqla hiss etdilər. Ona görə də erməni cəmiyyəti revanşistlərə dəstək vermir və 9 iyun aksiyası da heç bir ciddi nəticə verməyəcək".
Anar Əliyev