
Fransa Ukrayna ilə bağlı yeni qərar alıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu ölkə 4,5 min hərbçinin hazırlanması üçün Ukraynaya təlimatçılar göndərəcək.
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, fransız təlimatçılar Ukrayna torpaqlarında olacaq.
"Fransa 4,5 min ukraynalı hərbçiyə təlim keçmək və onları silahla təmin etmək niyyətindədir. Bunun üçün Ukraynaya təlimatçılar göndərəcək. Biz 4,5 min ukraynalı əsgər hazırlamağı, onları təchiz etməyi, onları öz ərazilərini müdafiə etmək üçün lazım olan sursat və silahlarla təmin etməyi təklif edirik”,-deyə Makron bildirib.
Fuad Hüseynzadə











































