
İsrail Qəzza zolağında daha bir məktəbi bombalayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, fələstinli qaçqınların məskunlaşdığı məktəb Birlışmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığının himayəsində olub.
Nusayrat Qaçqınlar Düşərgəsində yerləşən məktəbin vurulması nəticəsində 27 nəfər ölüb, onlarla insan yaralanıb.
Fələstin Hökuməti bu addımı İsrailin soyqırım siyasəti kimi qələmə verib və bu qırğınları həyata keçirən İsrailin soyqırım cinayətini pislənilib. Bəyanatda Amerikanın İsrail tərəfindəki mövqeyi və silah, hərbi dəstək verərək bu soyqırımın davam etdirilməsinə yaşıl işıq yandırması da kəskin şəkildə tənqid olunub.
Anar Əliyev











































